Abituriyentlərin və subbakalavrların nəzərərinə!

Bakı Biznes Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə və subbakalavrlara kömək məqsədilə ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzi”  fəaliyyət göstərir.

“Abituriyent Məsləhət Mərkəzi”ndə əməkdaşlarımız abituriyentlərə və ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlara ərizələrin təsdiqi, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Ünvan: Bakı şəhəri, H. Zərdabi prospekti 88a (“20 yanvar” və “İnşaatçılar” metro stansiyalarının yaxınlığında), 29, 194 və 205 nömrəli avtobuslar.

Əlaqə: 012 431 79 51 (daxili 226), 055 816 90 88

Web ünvan: www.bbu.edu.az