Bakı Biznes Universitetinə qəbul olunmağınız münasibətilə Sizi təbrik edirik!

Hörmətli Abituriyent!

Bakı Biznes Universitetinə qəbul olunmağınız münasibətilə Sizi təbrik edirik!

Bakı Biznes Universitetinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər aşağıda göstərilən sənədləri 15 avqust 2019-cu il tarixdən 27 avqust 2019-cu il tarixədək hər gün 09:00-dan – 17:00-dək (bazar günü istisna olmaqla) Universitetin Tələbə Qəbulu Şöbəsinə təqdim etməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

1. Abituriyentlər üçün orta təhsili başa vurma haqqında sənədin (attestat) əsli

2. Subbakalavrlar üçün orta ixtisas təhsilini başa vurma haqqında sənəd (diplom) və ya diplom əvəzi arayış

3. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)

4. 3x4 ölçüdə 6 ədəd rəngli şəkil

5. Sağlamlıq haqqında arayış

6. Şəxsi kabinetin istifadəçi adı və parolu

7. Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsi

8. Təhsil haqqı (tam və ya qismən)