2019/2020-ci tədris ili üçün bakalavr pilləsinə boş qalan plan yerlərinə müsabiqə

Bakı Biznes Universiteti 2019/2020-ci tədris ili üçün bakalavr pilləsinə boş qalan plan yerlərinə müsabiqə elan edir:
 

II qrup üzrə:

  • 165167 İqtisadiyyat - 13 plan yeri
  • 165183 Sənayenin təşkili və idarə olunması - 17 plan yeri
  • 165191 Menecment - 20 plan yeri
  • 165223 Marketinq (rus bölməsi ilə birgə) - 64 plan yeri
  • 165248 Dövlət və bələdiyyə idarə etməsi - 11 plan yeri
  • 165175 İqtisadiyyat (tədris ingilis dilində) - 13 plan yeri

* Boş qalan bütün plan yerlərində təhsil forması əyanidir və təhsil haqqı 2000 manat təşkil edir.

Üstünlüklərimiz:

  • Təhsil haqqının hissə-hissə ödənilməsi imkanı,
  • Avropanın bir sıra universitetlərində ikili diplom proqramında iştirak edərək, tədris müddətinin yekununda 2 diplom almaq imkanı,
  • “Erasmus +” , “Mevlane” və müxtəlif ölkələrin həyata keçirdiyi təqaüdlü mübadilə proqramları çərçivəsində 1 və ya 2 semestr xaricdə təhsil almaq imkanı,
  • Pilot qruplarında İngilis dilində təhsil almaq imkanı,
  • Tədris planları və prosesi dünyanın aparıcı universitetlərindəki proqramlara uyğun təşkil olunduğu üçün Universitetin təqdim etdiyi Diplom da digər ölkələrdə tanınması,
  • Geniş, rahat və səliqəli auditoriyalar,
  • Zəngin elektron kitabxana,
  • Təhsili magistratura və doktorantura pillələrində davam etdirmək imkanı,
  • İdman və sosial-mədəni fəaliyyətlərlə tələbə aktivliyi,
  • Hər tələbəyə kompüter və internet imkanı.