Mən sadəcə Bakı Biznes Universitetini seçdim!

Mən yüksək bal toplayıb tələbə adına layiq görüldüyüm üçün çox sevinirəm. Sevincimi 2 qat artıran isə məhz Bakı Biznes Universitetinə qəbul olmağımdır. Bu qərarı vermək biraz araşdırmamdan sonra çox asan oldu. Çünki abituriyentlik həyatımın çox hissəsi prestijli universiteti axtarmaqla keçdi. Daha öncədən Bakı Biznes Universiteti barədə eşitmişdim və istədiyim universitetlərin ilk sırasında idi. Araşdırmadan sonra isə istədiyim yeganə universitet oldu. Mən Alekperova Fidan Firudin qızı qəbul və buraxılış imtahanından cəmi 516 toplamışdım. Məni bu universitetə cəlb edən əsas məqam universitetin xarici ölkələrlə sıx əlaqəsi, tələbə mübadilə proqramlarında fəal iştirakı oldu. Seçimimdə yanılmadığımı təstiq edən fakt isə professor müəllim heyətinin elmi dərəcələri, universitetdəki səmimiyyət, sevgi oldu. Çünki hər zaman inandığım bir şey var, “sevgi və səmimiyyət olduğu yerdə uğur əldə etməmək imkansızdır” və mən əminəm ki, həyatımda ən önəmli seçimimi çox doğru etdim. Əgər şanslı biriyəmsə mənə verilən ən böyük şans məhz Bakı Biznes Universitetində oxumaqdır. Onu da qeyd etmək istəyirəm ki, universitet yüksək nəticəmi dəyərləndirərək məni təhsil haqqından 100% azad etdi və mənə bir il müddətinə 200 AZN dəyərində “Libraff”dan hədiyyə kartı təqdim etdi. Mən təhsilin digər pillələrini də yalnız Bakı Biznes Universitetində davam etmək istəyirəm.