“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

Bakı Biznes Universitetinin komandası noyabrın 12-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Konstitusiya Günü ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub. Diqqətə çatdırılıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olublar.

Bakı Biznes Universitetinin komandası 49 ali təhsil müəssisəsinin iştirak etdiyi bu layihədə 9-cu yer tutmuşdur. Sonda komanda üzvlərinə sertifikat və diplomlar təqdim olunmuşdur.