“Xocalı XX əsrin faciəsi” mövzusunda anım tədbiri

26.02.2020-ci il tarixində Bakı Biznes Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər sırasında professor-müəllim heyəti və çoxsaylı tələbə kontingentinin iştirakı ilə növbəti – “Xocalı XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilmişdir. Tədbirdən əvvəl professor-müəllim heyəti və tələbələr Universitetin foyesində Xocalı soyqırımına həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə Universitetin rektoru i.e.d., professor İ.M.Abbasov açaraq Xocalı soyqırımı haqqında qısa məlumat vermiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatdan sonra Universitet tələbələrinin təşkil etdiyi 20 dəqiqəlik kompozisiya təqdim edilmişdir.