Bakı Biznes Universitetinə qəbul olanların nəzərinə

Bakı Biznes Universitetinə qəbul olan bütün tələbələri təbrik edirik.

Bizi seçən Abituriyentlər və Subbakalavrlar, Bakı Biznes Universiteti ailəsinə xoş gəldiniz, Bakı Biznes Universitetini seçdiyiniz üçün təşəkkür edirik.

Qəbul olunanlar 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il saat 17.00-dək müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat həm onlayn həm də ənənəvi formada aparılacaqdır. Onlayn formada qeydiyyatdan keçmək istəyənlər http://bbu.ain.az/az/register/ saytı vasitəsi ilə qeydiyyatdan keçərək ərizələrini doldurmalıdırlar.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

  1. Abituriyentlər üçün orta təhsili başa vurma haqqında sənədin (attestat) əsli,
  2. Subbakalavrlar üçün orta ixtisas təhsilini başa vurma haqqında sənəd (diplom) və ya diplom əvəzi arayış,
  3. Şəxsiyyət vəsiqəsi (əsli və sürəti),
  4. 3x4 ölçüdə 6 ədəd rəngli şəkil,
  5. Sağlamlıq haqqında arayış,
  6. Şəxsi kabinetin istifadəçi adı və parolu,
  7. Oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsi,
  8. Təhsil haqqı (tam və ya qismən).

Qeyd: Part-time təhsil almaq istəyən subbakalavrlar iş yerindən arayış təqdim etməlidirlər.

Suallarınız yaranarsa, aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.

+994 12 431 91 18,

+994 12 431 02 40 (daxili 226)