İctimaiyyətin nəzərinə

Təəssüf hissi ilə qeyd edirik ki, universitetimizin adından istifadə edərək bir sıra sosial şəbəkələrdə, eləcə də “Facebook” və “İnstagram”da saxta səhifə yaradanlar mətbuat və fikir azadlığına xələl gətirərək öz maraqlarını reallaşdırmağa cəhd edirlər. Əsassız və yalan məlumatlar yayan belə saxta səhifə və profillər heç bir halda universitetimizin mövqeyini və maraqlarını əks etdirmir. Bu kimi ikrah doğuran addımlar  günü-gündən inkişaf edən, ölkədə və beynəlxalq aləmdə ciddi uğurlar qazanan, təhsilin inkişafına, peşəkar ixtisaslı kadrların, sağlam gələcək nəsillərin yetişməsinə böyük töhfələr verən bir ali təhsil ocağının adına xələl gətirmək imkanında deyil. Heç şübhəsiz ki, həmin şəxslər Universitetimizin və ziyalılarımızın nüfuzuna xələl gətirməyə,  universitetlə ictimaiyyət arasında qarşılıqlı və etibarlı informasiya mübadiləsinə ciddi ziyan vurmağa cəhd etməklə hüquq  pozuntusuna yol vermiş olurlar.  Belə  saxtakarlıqlara əl atanlar hər şeydən öncə  bilməlidirlər ki, bu cür  sui-istifadə hallarının hüquqi cəza mexanizmləri vardır. Artıq məsələ ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində (ikisahil.com,sia.az,olaylar.az və digər saytlarda) saxta səhifə və profillərin silinməsi tələbi ilə universitetimiz tərəfindən ilkin xəbərdarlıq olaraq bəyanatlar verilmişdir. Həmin şəxsləri sonuncu dəfə xəbərdar edirik ki, aşağıda adları qeyd edilən saxta səhifə və profillər silinmədiyi təqdirdə  onlar müvafiq dövlət orqanları qarşısında  qanunun tələbinə uyğun  şəkildə cavab verməli olacaqlar.
 
İnstagramda olan səhifələr:
1. bbu_new_official
2. bbu_telebe
3. bbu.etiraf.official
4. baki_biznes_universiteti__
5. bbu.tv
6. bbu_caps
7. bbu_telebeleri
8. baki_biznes_telebesi
9. biznes.universiteti
10. bbu.4
11. bbu_pictures
 
Facebookda olan səhifələr:
1. Baki Biznes Universiteti@BakiBiznesUniversiteti 
2. Baki Biznes Universiteti@Biznes614a 
3. Baki Biznes Universiteti (Qiyabi şöbə) 
4. Bakı Biznes Universiteti 
5. �Bakı Biznes Universiteti� 
6. Baki Biznes Universiteti
7. Bakı Biznes Universiteti 
8. Bakı Biznes Universiteti - BBU 
9. Bakı Biznes Universiteti etiraf 
10. Baki Biznes Universiteti "Etiraf"