Universitetin məzunları uğur qazandı

Bakı Biznes Universitetinin məzunları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarında yüksək nəticə göstərənlər sırasındadır.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarında uğur əldə edən namizədlərin böyük əksəriyyəti dövlət ali təhsil müəssisələrinin məzunlarıdır, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib ki, özəl ali təhsil müəssisələri arasında Bakı Biznes Universiteti, keçmiş Qafqaz Universiteti və Azərbaycan Universitetinin məzunları da yüksək nəticə göstərənlər sırasındadır.