Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakı Biznes Universitetində elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Universitetin rektoru, i.e.d., professor İbad Abbasov açaraq “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri“ mövzusunda məruzə ilə çıxış etmişdir.  

 “Azərbaycan Respublikası iqtisadiyyatı strategiyası iki əsrin qovşağında: nəticə və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən  millət vəkili, akademik Ziyad Səmədzadə mövcud olan iqtisadiyyatını Azərbaycan modeli strategiyasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi və göstərdi ki, məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində həyata keçirilən iqtisadi islahatlar bu gün öz bəhrəsini verməkdədir. Sonra akademik A. Nadirov “Heydər Əliyev və Azərbaycan Respublikasında məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi”, Milli Elmlər Akademiyasının üzvü, professor A. Ələsgərov “Heydər Əliyev və Azərbaycan Respublikasının xarici ölkələrlə iqtisadi əlaqələrinin formalaşması və inkişafı”, professor T. Əliyev “Heydər Əliyev və Azərbaycan sənayesinin innovativ inkişafi”, millət vəkili, i.e.d., professor X. Kazımlı  “Heydər Əliyev 90: Qibtə olunmalı ömür yolu” mövzusunda məruzələrlə çıxış etmişlər.