Bakı Biznes Universitetində Azərbaycan Dövlət Bayrağı Günü qeyd edildi

08 noyabr 2013-cü il tarixində Bakı Biznes Universitetində Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə təntənəli tədbir keçirildi. Tədbiri giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açdı. Dövlət Bayrağı Günü münasibətilə keçirilən silsilə tədbirlərdə fərqlənən tələbələrə diplomlar təqdim edildi. Tədbirdə dosentlər S.A.Əmirxanov, İ.K.Ağasiyev və digər müəllimlər Dövlət Bayrağı Günü münasibətilə maraqlı faktlarla çıxış etdilər.

Bakı Biznes Universitetinin IV kurs tələbələri Əlizadə Dadaş Ziəddin oğlu və Hüseynli Orxan Yusif oğlu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirlikləri ilə birgə “Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda təşkil etdiyi fotomüsabiqədə uğurla çıxış etmiş və sertifikatlara layiq görülmüşlər.