Elmi Şuranın növbəti iclası keçirilmişdir

03 fevral 2014-cü il tarixində Bakı Biznes Universitetində qış imtahan sessiyasının nəticələri və II semestrə hazırlığın vəziyyətinə həsr olunmuş Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranı giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov qış imtahan sessiyasının nəticələri ilə bağlı məlumat vermişdir. Daha sonra Elmi Şuranın gündəliyindəki məsələlərlə bağlı müvafiq struktur bölmələri rəhbərlərinin hesabatları dinlənilmiş və geniş müzakirələr aparılmışdır.

Eyni zamanda 2013-2014-cü tədris ilinin II semestrinə hazırlıq işləri ilə bağlı dekanlıq, kafedra və şöbələrin qarşısında müvafiq vəzifələr qoyulmuşdur.