Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbir

Sentyabrın 15-də Bakı Biznes Universitetində yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, o cümlədən, bu il tələbə adını qazananlar, çoxsaylı valideynlər iştirak etmişlər. Tədbiri ilk zəngin sədaları altında giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İbad Abbasov tədbir iştirakçılarını yeni tədris ilinin başlanması münasibəti ilə səmimi qəlbdən təbrik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra Universitetimizin bakalavr və magistratura pillələrinə yüksək ballarla qəbul olmuş tələbələrə hədiyyələr təqdim edilmişdir. Tədbir fakültə dekanlarının çıxışları ilə yekunlaşmışdır.