Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans:
“Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri”
Konfransın məqsədi: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri ilə bağlı elmi müzakirələr aparmaq, əldə edilən nəzəri nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən iba-rətdir.
Konfransın istiqamətləri:
- İşğaldan azad olunmuş ərazilərdə investisiya cəlbediciliyinin təhlili və qiymətləndirilməsinin yeni mexanizmləri.
- İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişaf istiqamətləri.
- İşğaldan azad olunmuş ərazilərə səmərəli investisiya qoyuluşları.
- İşğaldan azad olunmuş ərazilərdə biznes mühitinin formalaşdırılması və kiçik sahibkarlığın inkişaf etdirilməsi problemləri.
- İşğaldan azad olunmuş ərazilərdə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri.
- İşğaldan azad olunmuş ərazilərdə turizmin formalaşmasında xarici dilin inkişaf etdirilməsi yolları.
- Respublikanın sosial-iqtisadi inkişafında keyfiyyət hədəflərinə doğru fəaliyyətində İKT-dən səmərəli istifadə.
- İşğaldan azad olunmuş ərazilərdə sosial proqramlar və xidmətlərin keyfiyyət hədəfləri.
Məruzə və tezislərin quruluşu, tərtibi qaydaları:
-məruzə və tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;
-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir;
-xülasə və açar sözlər Azərbaycan, rus və ingilis dillərində.
Məruzə və tezisin mətni:
-format-A4, məruzələrin həcmi 5-6 səhifə, tezislərin həcmi isə 3-4 səhifə;
-şrift-Times New Roman, ölçüsü-13;
-sol kənar sahə 2,5 sm, sağ kənar sahə 2,5 sm, yuxarıdan 2,5 sm və aşağıdan 3 sm;
-interval 1,0 sm, abzas 1,25 sm;
-məruzə və tezislərdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır;
-konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
Konfransın rəsmi dilləri: Azərbaycan, rus, ingilis
Məruzə və tezislərin göndərilməsinin son tarixi: 30/03/2021
Konfransda iştirak etmək istəyənlər məruzə və tezislərini, həmçinin konfransda iştirakları barədə məlumatı [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Konfrans Bakı Biznes Universitetində keçiriləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (+99412) 431-91-18 (dax.112)
Faks: (+99412) 430-07-80
Ünvan: Bakı şəhəri-AZ1122, H.Zərdabi küç., 88 a