Ana səhifə > İdman

İdman

  

Bakı Biznes Universitetində hər semestrdə müxtəlif idman növləri üzrə qruplar və fakültələr arasında yarışlar keçirilir:

  • Futbol
  • Futzal
  • Voleybol
  • Basketbol
  • Stolüstü tennis
  • Armreslinq
  • Kikboksinq
  • Sanda
  • U-şu
  • Şahmat

Bakı Biznes Universitetində müasir standartlara uyğun olan idman zalı, stolüstü tennis, trenajor zalı vardır.

Bakı Biznes Universitetinin idman kompleksində professor-müəllim heyətinin, texniki işçilərin və tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün bütün şərait yaradılmışdır. Universitetdə hər idman növü üzrə peşəkar idmançı-məşqçilər çalışırlar.

İdman dərslərindən əlavə idman seksiyaları fəaliyyət göstərir. Əlavə idman seksiyalarına professor-müəllim heyəti, tələbələr və arzu edənlər müraciət edə bilərlər.

  

  

 

Əlavə idman seksiyaların qrafiki

 

Voleybol məşqçi-müəllim A. Sayadov

Basketbol məşqçi-müəllim A. Sayadov

Kikboksinq məşqçi-müəllim A. Sayadov

Şahmat məşqçi-müəllim Q. Namazov

 I-ci gün

 

14:00-16:00

 

 

 II-ci gün

14:00-16:00

 

18:00-19:30

 

 III-cü gün

 

14:00-16:00

 

14:00-16:00

 IV-cü gün

14:00-16:00

 

18:00-19:30

 

 V-ci gün

 

14:00-16:00

 

14:00-16:00

 VI-cı gün

14:00-16:00

 

18:00-19:30

 

 

Bizim çempionlar

Universitetin fəxrləri kikboksinq üzrə üçqat Avropa və dördqat Dünya çempionu olan Bakı Biznes Universitetinin məzunları Emin Süleymanov, eləcə də armreslinq üzrə dördqat dünya çempionu, Azərbaycan yığmasının baş məşqçisi Zurab Bəxtiyarov və kunq-fu sanda üzrə dördqat dünya çempionu, Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının Hakimlər Kollegiyasının sədri, BBU idman klubunun rəhbəri Asif Sayadov, Kunq-Fu  idman növü üzrə Azərbaycan çempionu, üçqat Bakı çempionu, ikiqat beynəlxalq turnirin qalibi Orxan Hüseynli, karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq turnirlərin qalibi Aytən Yusif qızı,  Şaolin-Sanda üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Ramil Məmmədovdur.

Müxtəlif illərdə karate üzrə beynəlxalq yarışların qalibləri Orxan Süleymanov, Urman Salahov, Elçin Hüseynov, Ramal Məmmədov, sambo güləşi üzrə ikiqat Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibləri Hikmət Həsənov, Ceyhun Osmanov, kikboksinq üzrə respublika və beynəlxalq turnirlərin mükafatçıları Ramiz Babayev, Kənan Rzayev, Elmar Xəlilov, Rəşad Məmmədov, Elman Səftərov, Zaur İsgəndərov və digər tələbə-idmançılarımız öz uğurlu çıxışları ilə çempionat və yarışlarda müstəqil Azərbaycanımızın bayrağını dəfələrlə ucaltmışlar.