Ana səhifə > Elmi-tədqiqat > Elmi-tədqiqat mərkəzləri

Elmi-tədqiqat mərkəzləri

  

Universitetdə elmi-tədqiqat işlərinə gənc alimlərin, fəal tələbə-gənclərin cəlb edilməsi üçün «Sosial-İqtisadi Araşdırmalar», «Strateji Araşdırmalar və Karyera», «İqtisadi İslahatlar» mərkəzləri fəaliyyət göstərir.

«Sosial-İqtisadi Araşdırmalar» Mərkəzi Azərbaycan Respublikasında sosial və iqtisadi sahədə tədqiqatlar həyata keçirir, əhalinin yaşayış səviyyəsinin, istəklərinin, tələbatının qiymətləndirilməsi, banklarda xidmətin səviyyəsinin ölçülməsi, ərzaq məhsullarının topdan və pərakəndə satış qiymətlərinin  müəyyən olunması, yerli bazarların fərqli və oxşar cəhətlərinin dəyərləndirilməsi ilə bağlı araşdırmalar aparır və bu sahədə Bakı Biznes Universitetinin təcrübə bazası kimi fəaliyyət göstərir. Bu məqsədlə Mərkəz respondentlərlə sosial sorğular keçirir,  bir sıra sosial layihələr həyata keçirir.

«Strateji Araşdırmalar və Karyera» Mərkəzi Bakı Biznes Universitetinin struktur vahidi olmaqla, makro və mikro iqtisadi sferada araşdırmalar aparır, təhsildə yeniliklərin, informasiya texnologiyalarının, fəal təlim üsullarının tətbiqi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətlərində tədqiqatlar həyata keçirir. Mərkəz marketinq və menecmentə dair təlimlər təşkil edir ki, bu cür təlimlərə universitetin tələbələri ilə yanaşı biznes sahəsində çalışan mütəxəssislər də cəlb olunurlar.

Mərkəzin fəaliyyətinin məqsədi cəmiyyət üçün yüksək ixtisaslı iqtisadçılar hazırlamaq, əmək bazarlarını tələbata uyğun mütəxəssislərlə təmin etməkdir. 

Bakı Biznes Universitetində, həmçinin «İqtisadi İslahatlar» Mərkəzi öz fəaliyyətini səmərəli şəkildə təşkil etmişdir. Məlum məsələdir ki, islahatların səmərəliliyinin artırılması mükəmməl elmi-nəzəri bazanın mövcudluğundan asılıdır. Bu cür bazanın  formalaşması və inkişafı Mərkəzinin prioritet vəzifələrindən biridir.

Mərkəzin əsas məqsədi Azərbaycanın iqtisadi həyatında, təhsil sistemində aparılan islahatlarla əlaqədar tədqiqatlar aparmaq, bu sahədə yeniliklərin, perspektivlərin, strategiyaların müəyyən olunmasından ibarətdir. «İqtisadi İslahatlar» Mərkəzi iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə ixtisasları üçün təcrübə mərkəzi kimi çıxış edir.

Mərkəz tələbələr arasında iqtisadiyyatın vacib məsələlərindən bəhs edən elmi araşdırmalarla əlaqədar maraqlı materiallar əldə etməklə tələbələrin elmi biliklərini və maraq dairələrini daha da genişləndirir.

Mərkəzin belə səmərəli fəaliyyəti geniş tələbə kütləsinin axınına səbəb olur. Bununla da onlar həm bilik və bacarıqlarını artırır, həm də dünyagörüşlərini hərtərəfli formalaşdırırlar.