Bakı Biznes Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim

16 oktyabr 2017-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzi və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim  keçirilmişdir. Tədbiri giriş sözü ilə prorektor dos. S.A.Əmirxanov açaraq təlimdə iştirak edən bütün qonaqları salamlamış və tədbirin gedişatında onlara uğurlar arzulamışdır. Tələbələrə təlim zamanı fövqəladə hallar barədə ümumi məlumat, zəlzələ, torpaq sürüşməsi, məişətdə yanğın zamanı   davranış qaydaları, dəm qazından boğulmanın qarşısının alınması, odsöndürücü balondan istifadə qaydaları, çimərlikdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumatlar verilmişdir. Tədbirin sonunda tələbələr tərəfində verilən suallara ətraflı cavablar verilmişdir.