2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul

BAKI BİZNES UNİVERSİTETİ

2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul

ELAN EDİR

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2026-cı il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir:

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktorluğu proqramı üzrə

Doktoranturaya qəbul planı

 

Cəmi

O cümlədən:

Dövlət sifarişli və ödənişli əsaslarla                          

əyani

qiyabi

5303.01

Mühasibat uçotu

2

2

 

5308.01

Ümumi iqtisadiyyat

2

2

 

5312.01

Sahə iqtisadiyyatı

2

2         

 

 

Cəmi:

6

6

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər (sənədlərin siyahısı “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” ndə təqdim edilib).

Sənəd qəbulu 19 may 2026-cı il tarixindən - 8 iyun 2026-cı il tarixlərində həyata keçiriləcəkdir.

“Xarici dil” üzrə imtahanın keçirilməsi 25.06.2026-cı il tarixində nəzərdə tutulmuşdur (Dövlət İmtahan Mərkəzi tərəfindən). “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanda iştirakı 1-3 sentyabr 2026-cı il, ixtisas imtahanlarının keçirilməsi 8-10 sentyabr 2026-cı il tarixlərində nəzərdə tutulmuşdur.

Əlavə suallar üçün Bakı Biznes Universitetinə müraciət edə bilərsiniz.

Əlaqə tel.: (+99412) 431 91 18 (dax. 112/123)

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

R E K T O R L U Q