Fakültələr
-
«Biznes və menecment» fakültəsi
-
«İqtisadiyyat və idarəetmə» fakültəsi
Fakültə dekanlarının vəzifələri:
-
Mövcud normativ-hüquqi aktlara uyğun olaraq fakültədə tədrisin təşkili və Elmi Şuranın qəbul etdiyi qərarları icra edir;
-
Müəllimlərin mühazirə, seminar və laboratoriya məşğələlərinin keyfiyyəti üzərində nəzarət edir;
-
Dövri olaraq kafedraların tədris, elmi, mədəni-kütləvi və digər ictimai işlər sahəsindəki fəaliyyətini yoxlayır və fakültə Elmi Şurasında müzakirə edir;
-
Fakültədə dərs aparan müəllimlərin mühazirə mətnləri, məşğələ materialları, proqram və digər tədris vəsaitləri ilə təminatına nəzarət edir;
-
Tələbələrin dərsə davamiyyəti və mənimsəmə səviyyəsi üzərində nəzarət edir, zəruri hallarda valideynlərlə sıx əlaqə yaradır;
-
Professor-müəllim heyəti arasında sağlam mənəvi iqlim şəraitinin yaradılması sahəsində mütəmadi olaraq müvafiq işlər aparır;
-
Tələbələrin mühazirə və məşğələ dərsləri ilə optimal yüklənmələri üzərində nəzarət edir;
-
İmtahanların təşkili, keçirilməsi və nəticələrinin kafedralarda, fakültə Elmi Şurasında müzakirə edilməsi üzərində nəzarət edir;
-
Fakültə üzrə cari işlərin yerinə yetirilməsinə nəzarət edir.