Ana səhifə > Universitet > Kafedralar > «Ali riyaziyyat»

«Ali riyaziyyat»

  

Kafedraya riyaziyyat elmləri doktoru, professor M.M.Səbzəliyev rəhbərlik edir. Kafedrada 17 nəfərdən ibarət professor-müəllim heyəti tədrislə məşğuldur. Onlardan biri riyaziyyat elmləri doktoru, professor, 9 nəfəri fəlsəfə doktoru , dosent, 3 nəfəri fəlsəfə doktoru, 2 nəfəri baş müəllim, 2 nəfəri doktorantdır. Kafedra bir ixtisas üzrə “İnformasiya texnologiyaları” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ixtisas üzrə ilk dəfə tələbə qəbulu 2020-ci ildə olmuşdur. Kafedra BBU-nun digər kafedralarının bakalavr səviyyəsində hazırlığı ixtisaslar üzrə təhsil alan tələbələrə “Xətti cəbr və riyazi analiz”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Ekonometrika”, “Sosial işdə riyazi metodlar” fənlərini tədris edir. Kafedra magistratura pilləsində təhsil alan tələbələrə azərbaycan, ingilis və rus dillərində “Ekonometrika” fənnini tədris edir. Kafedranın professor-müəllim heyəti tərəfindən bakalavr səviyyəsində “Xətti cəbr və riyazi analiz”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” və “Ekonometrika” fənləri ingilis dilində təhsil alan tələbələrə də tədris edilir.

Kafedrada elmi-tədqiqat işlərinin aparılmasına, monoqrafiya, dərslik, dərs vəsaiti, məqalələrin, müvafiq proqramların, tədris metodik vəsaitlərin və mühazirə materiallarının hazırlanmasına xüsusi fikir verilir. Kitabxanada fənlər üzrə dərsliklər, dərs vəsaitləri və metodiki vəsaitlər  mövcuddur.

Tədrisin keyfiyyətini yüksəltməklə ixtisaslı kadrların hazırlanması kafedranın fəaliyyətində mühüm yer tutur. Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin respublikada və xaricdə çap olunmuş çoxlu sayda məqalə və kitabları vardır.

 

MAHİR MİRZƏXAN OĞLU SƏBZƏLİYEV
riyaziyyat üzrə elmlər doktoru, professor,
«Ali riyaziyyat» kafedrasının müdiri