Kafedraya texnika elmləri üzrə fəlsəfə doktoru Rahib Aydın oğlu İmamquluyev rəhbərlik edir. Kafedrada 14 nəfərdən ibarət professor-müəllim heyəti tədrislə məşğuldur. Onlardan 5 nəfəri fəlsəfə doktoru, dosent, 3 nəfəri fəlsəfə doktoru, 1 nəfəri baş müəllim, 4 nəfəri müəllim. Kafedrada bir ixtisas üzrə “İnformasiya texnologiyaları” mütəxəssislər hazırlanır. Kafedra BBU-nun digər kafedralarının bakalavr səviyyəsində hazırladığı ixtisaslar üzrə təhsil alan tələbələrə “İnformatika”, “İnformasiya kommunikasiya texnologiyaları”, “İxtisas üzrə informasiya texnologiyaları” fənlərini tədris edir. Kafedra magistratura pilləsində təhsil alan tələbələrə Azərbaycan, ingilis və rus dillərində “Biznesin informasiya sistemləri”, “Menecmentin informasiya sistemləri”, “Müəssisədə avtomatlaşdırılmış informasiya sistemləri” fənlərini tədris edir. Kafedranın professor-müəllim heyəti tərəfindən bakalavr səviyyəsində “İnformatika”, “İnformasiya kommunikasiya texnologiyaları”, “İxtisas üzrə informasiya texnologiyaları” fənləri ingilis dilində təhsil alan tələbələrə də tədris edilir.
Kafedrada elmi-tədqiqat işlərinin aparılmasına, monoqrafiya, dərslik, dərs vəsaiti, məqalələrin, müvafiq proqramların, tədris metodik vəsaitlərin və mühazirə materiallarının hazırlanmasına xüsusi fikir verilir. Kitabxanada fənlər üzrə dərsliklər, dərs vəsaitləri və metodiki vəsaitlər mövcuddur.
Tədrisin keyfiyyətini yüksəltməklə ixtisaslı kadrların hazırlanması kafedranın fəaliyyətində mühüm yer tutur. Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin yerli nəşrlərdə və beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına (Scopus, Web of Science və s.) daxil olan dövri elmi nəşrlərdə çoxlu sayda tezis və məqalələri dərc olunmuşdur. Bu istiqamət üzrə işlərin daha da genişləndirilməsi kafedranın qarşıya qoyduğu mühüm məsələlərdən biridir.
RAHİB AYDIN OĞLU İMAMQULUYEV
texnika elmləri üzrə fəlsəfə doktoru,
«İnformasiya texnologiyaları» kafedrasının müdiri