Ana səhifə > Universitet > Kafedralar > «Humanitar elmlər»

«Humanitar elmlər»

  

Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Aysel Tofiq qızı Qasımova rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti 30 nəfərdən ibarətdir. Onlardan 3 nəfəri professor, 8 nəfəri dosent, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri doktorant, 1 nəfəri baş müəllim, 8 nəfəri isə müəllimdir. Kafedrada “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Dövlət qulluğu”, “Azərbaycan tarixi”, “Mülki müdafiə”, o cümlədən “Sosial iş” ixtisası üzrə “Müasir dövrün sosial problemləri”, “Sosial iş təcrübəsində etik prinsiplər”, “Keys menecment”, “Əlilliyi olan insanlarla sosial iş”, “Azərbaycanda sosial yardım sistemi” və digər fənlər olmaqla ümumilikdə 42 fənn tədris olunur.

Kafedranın professor-müəllim heyəti tərəfindən elmi-tədqiqat işləri kafedranın planına uyğun aparılır. Buraya dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar, mühazirə mətnləri, təqdimatlar və elmi məqalələr daxildir. Tədris olunan fənlərin seminar məşğələləri əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş kafedranın xüsusi laboratoriyasında keçirilir.

AYSEL TOFIQ QIZI QASIMOVA
iqtisad üzrə fəlsəfə doktoru,
«Humanitar elmlər» kafedrasının müdiri