Ana səhifə > Tədris > Doktorantura

Doktorantura

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870 s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən “İqtisad elmləri” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru üzrə doktoranturaya qəbul aparır:

  • 5303.01         Mühasibat uçotu
  • 5308.01         Ümumi iqtisadiyyat
  • 5312.01         Sahə iqtisadiyyatı

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsilin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.