Bakı Biznes Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” intellektual yarışında iştirak ediblər

20 noyabr tarixində Bakı Biznes Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan” mövzusunda təşkil olunan intellektual yarışda iştirak ediblər.

Yarışın əsas məqsədi tələbələrin Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə və ölkənin inkişaf yoluna dair biliklərinin möhkəmləndirilməsi, eləcə də gənclər arasında intellektual fəaliyyətin və tarixi düşüncənin təşviq edilməsidir.

İntellektual yarış zamanı tələbələr müxtəlif suallar vasitəsilə bilik və bacarıqlarını nümayiş etdirərək, komanda ruhu, analitik düşünmə və operativ qərarvermə qabiliyyətlərini ortaya qoyublar.

Tədbirin sonunda yarışda iştirak edən bütün tələbələr sertifikatlarla təltif olunublar.

Bu kimi təşəbbüslər tələbələrin akademik biliklərinin inkişafına, tarixi irsin daha dərindən öyrənilməsinə və gənclərin milli dəyərlərə bağlılığının gücləndirilməsinə töhfə verir.