Bakı Biznes Universitetində magistrantlar üçün elmi məqalələrin yazılması üzrə təlim keçirilib

28 oktyabr 2026-cı il tarixində Bakı Biznes Universitetində magistrantlar üçün “Elmi məqalənin yazılmasına verilən tələblər” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi magistrantlara elmi məqalələrin hazırlanması, strukturunun düzgün qurulması, akademik yazı qaydalarına riayət edilməsi və elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki biliklər qazandırmaq olub.

Təlimçilər – Bakı Biznes Universitetinin dosenti İlhamə Sultanova, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Elvin Abdullayev və filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərova iştirakçılara elmi məqalələrin hazırlanması zamanı diqqət yetirilməli olan əsas məqamlar barədə ətraflı məlumat veriblər.

Təlim zamanı elmi məqalənin mövzusunun düzgün seçilməsi, tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, məqalənin giriş, əsas hissə və nəticə bölmələrinin hazırlanması, etibarlı elmi mənbələrdən istifadə, istinadların düzgün verilməsi və akademik etikaya riayət olunması məsələləri müzakirə edilib.