29 oktyabr 2026-cı il tarixində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes Universitetinin akt zalında tələbələr üçün maarifləndirici tədbir keçirilib.

29 oktyabr 2026-cı il tarixində  VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes Universitetinin akt zalında tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin müxtəlif dinlərə və mədəniyyətlərə hörmət, tolerantlıq, qarşılıqlı anlaşma və birgəyaşayış dəyərləri barədə məlumatlılığını artırmaq, gənclər arasında mədəni müxtəlifliyə hörmət prinsiplərini təşviq etmək olub.

Maarifləndirici tədbir dinlərarası dialoqun və mədəniyyətlərarası anlaşmanın müasir cəmiyyətdə əhəmiyyətinə diqqətin artırılması baxımından mühüm rol oynayıb.

Tədbirin təşkili tələbələrin dünyagörüşünün genişləndirilməsi, sosial məsuliyyət hissinin inkişaf etdirilməsi, müxtəlif mədəniyyətlərə hörmət və qarşılıqlı anlaşma prinsiplərinin möhkəmləndirilməsi məqsədlərinə xidmət edib.

Bakı Biznes Universiteti tələbələrin yalnız peşəkar bilik və bacarıqlara yiyələnməsinə deyil, həm də onların milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xüsusi önəm verir. Bu istiqamətdə maarifləndirici tədbirlərin təşkili universitetin təlim-tərbiyə fəaliyyətinin mühüm istiqamətlərindən biridir.