Ana səhifə > Tədris > Bakalavriat

Bakalavriat

  

Bakı Biznes Universitetində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və Respublika Təhsil Nazirliyinin müvafiq əmrləri (lisenziyaları) əsasında iqtisadi yönüm üzrə bakalavr hazırlığı həyata keçirilir.

Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək güclü maddi-texniki bazaya malik müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Təhsilin sonunda bakalavr pilləsində təhsil alan tələbələr buraxılış-yekun dövlət imtahanı verirlər.

İxtisaslarımız:

I qrup üzrə:

  • İnformasiya texnologiyaları
  • İnformasiya təhlükəsizliyi

II qrup üzrə:

III qrup üzrə:

  

Təqaüd proqramı:

Bakı Biznes Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsildə göstərdiyi yüksək nəticələrə uyğun olaraq əlaçı (200 manat), həvəsləndirici (160 manat) adi (110 manat) təqaüd almaq imkanı var.

Güzəştlər:

Valideynlərini itirmiş və ya himayəsindən məhrum olunmuş, Qarabağ müharibəsi veteranları, I və ya II qrup əlilliyi olan şəxslər, Qarabağ müharibəsi əlillərinin övladları, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların övladları təhsil haqqından müəyyən güzəştlər əldə edir və ya tam azad olunurlar.

Üstünlüklərimiz:

Təhsil haqqının hissə-hissə ödənilməsi imkanı,

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən universitetlərin məzunlarının məşğulluq reytinqində Bakı Biznes Universiteti özəl universitetlər arasında 1-ci, iqtisad yönümlü kadr hazırlığı üzrə 2-ci, ölkə üzrə 10-cu yer tutmuşdur,

Avropanın bir sıra universitetlərində ikili diplom proqramında iştirak edərək, tədris müddətinin yekununda 2 diplom almaq imkanı,

“Erasmus +”, “Mevlane” və müxtəlif ölkələrin həyata keçirdiyi təqaüdlü mübadilə proqramları çərçivəsində 1 və ya 2 semestr xaricdə təhsil almaq imkanı,

Pilot qruplarında İngilis dilində təhsil almaq imkanı,

Tədris planları və prosesi dünyanın aparıcı universitetlərindəki proqramlara uyğun təşkil olunduğu üçün Universitetin təqdim etdiyi Diplom da digər ölkələrdə tanınması,

Geniş, rahat və səliqəli auditoriyalar,

Zəngin elektron kitabxana,

Təhsili magistratura və doktorantura pillələrində davam etdirmək imkanı,

İdman və sosial-mədəni fəaliyyətlərlə tələbə aktivliyi,

Hər tələbəyə kompüter və internet imkanı.