Ana səhifə > Tədris > Magistratura

Magistratura

   

Bakı Biznes Universitetində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və Respublika Təhsil Nazirliyinin müvafiq əmrləri (lisenziyaları) əsasında iqtisadi yönüm üzrə magistr hazırlığı həyata keçirilir.

Magistratura səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 2 ildir. Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək güclü maddi-texniki bazaya malik müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Təhsilin sonunda magistratura pilləsində təhsil alan tələbələr 70-80 səhifə həcmində dissertasiya işi yazıb müdafiə etməlidirlər.

İxtisaslarımız:

26-cı proqram üzrə ixtisaslar:
Dünya iqtisadiyyatı

- Beynəlxalq iqtisadi münasibətlər
- Azərbaycan xarici iqtisadi aləmdə
Mühasibat uçotu və audit
- İstehsal sferasında mühasibat uçotu və audit
- Xidmət sferasında mühasibat uçotu və audit
Maliyyə
- Bank işi
- Vergi və vergiqoyma
- Maliyyə nəzarəti və audit
İqtisadiyyat
- İqtisadiyyatın tənzimlənməsi
- Turizm iqtisadiyyatı
Menecment
- Heyətin idarə edilməsi
- Menecment (istehsal sahəsi üzrə)
Marketinq
- Marketinq (sahələr üzrə)
Dövlət və Bələdiyyə idarəetməsi
- Dövlət strukturlarında menecment

42-ci proqram üzrə

Sosial iş
- Əhalinin sosial müdafiəsi
- Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

56-cı proqram üzrə

Biznesin idarə edilməsi (MBA proqramı üzrə)
- Biznesin təşkili və idarə edilməsi (Azərbaycan bölməsi)
- Biznesin təşkili və idarə edilməsi (Rus bölməsi)
- Biznesin təşkili və idarə edilməsi (tədris ingilis dilində)

Bütün ixtisaslar üzrə təhsil haqqı 1500 manatdır.

Təqaüd proqramı:

Bakı Biznes Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsildə göstərdiyi yüksək nəticələrə uyğun olaraq əlaçı (195 manat)həvəsləndirici (160 manat)  adi (110 manat) təqaüd almaq imkanı var.

Güzəştlər:

Valideynlərini itirmiş və ya himayəsindən məhrum olunmuş, Qarabağ müharibəsi əlillərinin övladları, hər iki valideyni əlil olanlar, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların övladları təhsil haqqından müəyyən güzəştlər əldə edir və ya tam azad olunurlar.

Üstünlüklərimiz:

Təhsil haqqının hissə-hissə ödənilməsi imkanı,

Avropanın bir sıra universitetlərində ikili diplom proqramında iştirak edərək, tədris müddətinin yekununda 2 diplom almaq imkanı,

“Erasmus +”, “Mevlane” və müxtəlif ölkələrin həyata keçirdiyi təqaüdlü mübadilə proqramları çərçivəsində 1 və ya 2 semestr xaricdə təhsil almaq imkanı,

Tədris planları və prosesi dünyanın aparıcı universitetlərindəki proqramlara uyğun təşkil olunduğu üçün Universitetin təqdim etdiyi Diplom da digər ölkələrdə tanınması,

Geniş, rahat və səliqəli auditoriyalar,

Zəngin elektron kitabxana,

Təhsili doktorantura pilləsində davam etdirmək imkanı,

İdman və sosial-mədəni fəaliyyətlərlə tələbə aktivliyi,

Hər tələbəyə kompüter və internet imkanı.