İdman

  

Bakı Biznes Universitetində hər semestrdə müxtəlif idman növləri üzrə təlimlər aparılır,qruplar və fakültələr arasında yarışlar keçirilir:

  • Futbol
  • Voleybol
  • Basketbol
  • Kungfu
  • Sanda
  • Vinq Çun
  • Şahmat

Bakı Biznes Universitetində müasir standartlara uyğun olan idman zalı vardır.

Bakı Biznes Universitetinin idman kompleksində professor-müəllim heyətinin, texniki işçilərin və tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün bütün şərait yaradılmışdır. Universitetdə hər idman növü üzrə peşəkar idmançı-məşqçilər çalışırlar.

İdman dərslərindən əlavə idman seksiyaları fəaliyyət göstərir. Əlavə idman seksiyalarına professor-müəllim heyəti, tələbələr və arzu edənlər müraciət edə bilərlər.

  

  

 

Əlavə idman seksiyaların qrafiki

İDMAN NÖVÜ

GÜNLƏR

SAAT

MƏŞQÇİ-MÜƏLLİM

Vinq Çun
Özünümüdafiə döyüş təlimi

I

13.00-dan 14.30-dək
15.00-dan 16.30-dək
19.00-dan 20.30-dək

Asif Sayadov
Arzuman Rəsulzadə

Boks
Kikboksinq
Uşu-sanda

II

13.00-dan 14.30-dək
15.00-dan 16.30-dək
20.00-dan 21.30-dək

Asif Sayadov
Arzuman Rəsulzadə

Voleybol

III–VII

13.00-dan 15.00-dək
15.00-dan 17.00-dək

Asif Sayadov
Hacıağa Əzizov

Basketbol

IV

13.00-dan 14.30-dək
15.00-dan 17.00-dək

Arzuman Rəsulzadə
Asif Sayadov

Qızlar üçün özünümüdafiə təlimi
Şiddət və zorakılıq hallarından qorunma

V

13.00-dan 14.30-dək
15.00-dan 16.30-dək

Asif Sayadov
Arzuman Rəsulzadə

Futbol
(futbol məşqləri 2-ci semestr olacaq)

VI

11.00-dan 13.00-dək

Hacıağa Əzizov

 

Bizim çempionlar

Universitetin fəxrləri və məzunları olmuş idmançıar: kungfu və vinq-çun döyüş növləri üzrə dəfələrlə dünya çempionu, Respublikanın Əməkdar Məşqçisi, Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, kikboksing üzrə Avropa çempionu Emin Süleymanov, armreslinq üzrə dördqat dünya çempionu, Azərbaycan yığmasının baş məşqçisi Zurab Bəxtiyarov, Kunq-Fu  idman növü üzrə Azərbaycan çempionu, üçqat Bakı çempionu, ikiqat beynəlxalq turnirin qalibi Orxan Hüseynli, karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq turnirlərin qalibi Aytən Yusif qızı,  Şaolin-Sanda üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Ramil Məmmədovdur.

Müxtəlif illərdə karate üzrə beynəlxalq yarışların qalibləri Orxan Süleymanov, Urman Salahov, Elçin Hüseynov, Ramal Məmmədov, sambo güləşi üzrə ikiqat Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibləri Hikmət Həsənov, Ceyhun Osmanov, kikboksinq üzrə respublika və beynəlxalq turnirlərin mükafatçıları Ramiz Babayev, Kənan Rzayev, Elmar Xəlilov, Rəşad Məmmədov, Elman Səftərov, Zaur İsgəndərov və digər tələbə-idmançılarımız öz uğurlu çıxışları ilə çempionat və yarışlarda müstəqil Azərbaycanımızın bayrağını dəfələrlə ucaltmışlar.