Ana səhifə > İdman

İdman

  

Bakı Biznes Universitetində hər semestrdə müxtəlif idman növləri üzrə təlimlər aparılır,qruplar və fakültələr arasında yarışlar keçirilir:

  • Futbol
  • Voleybol
  • Basketbol
  • Kungfu
  • Sanda
  • Vinq Çun
  • Şahmat

Bakı Biznes Universitetində müasir standartlara uyğun olan idman zalı vardır.

Bakı Biznes Universitetinin idman kompleksində professor-müəllim heyətinin, texniki işçilərin və tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün bütün şərait yaradılmışdır. Universitetdə hər idman növü üzrə peşəkar idmançı-məşqçilər çalışırlar.

İdman dərslərindən əlavə idman seksiyaları fəaliyyət göstərir. Əlavə idman seksiyalarına professor-müəllim heyəti, tələbələr və arzu edənlər müraciət edə bilərlər.

  

  

 

Əlavə idman seksiyaların qrafiki

İDMAN NÖVÜ

GÜNLƏR

SAAT

MƏŞQÇİ-MÜƏLLİM

Vinq Çun –

Özünümüdafiə

I

13:30 - 15:00 

15:00 - 16:30

Asif Sayadov

Boks

II

13:30 - 15:00

15:00 - 16:30

Arzuman Rəsulzadə

Voleybol (qızlar)

Voleybol (oğlanlar)

III

13:30 - 15:00

15:00 - 16:30

Arzuman Rəsulzadə

Basketbol

IV

13:30 - 15:00

15:00 - 16:30

Hacıağa Əzizov

Qızlar üçün-özünü müdafıə və fitnes sağlamlıq

V

15:00 - 16:30

Asif Sayadov

Şahanə Lütfəliyeva

Futbol

VI

15:00 - 16:30

Hacıağa Əzizov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim çempionlar

Universitetin fəxrləri və məzunları olmuş idmançıar: kungfu və vinq-çun döyüş növləri üzrə dəfələrlə dünya çempionu, Respublikanın Əməkdar Məşqçisi, Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, kikboksing üzrə Avropa çempionu Emin Süleymanov, armreslinq üzrə dördqat dünya çempionu, Azərbaycan yığmasının baş məşqçisi Zurab Bəxtiyarov, Kunq-Fu  idman növü üzrə Azərbaycan çempionu, üçqat Bakı çempionu, ikiqat beynəlxalq turnirin qalibi Orxan Hüseynli, karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq turnirlərin qalibi Aytən Yusif qızı,  Şaolin-Sanda üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Ramil Məmmədovdur.

Müxtəlif illərdə karate üzrə beynəlxalq yarışların qalibləri Orxan Süleymanov, Urman Salahov, Elçin Hüseynov, Ramal Məmmədov, sambo güləşi üzrə ikiqat Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibləri Hikmət Həsənov, Ceyhun Osmanov, kikboksinq üzrə respublika və beynəlxalq turnirlərin mükafatçıları Ramiz Babayev, Kənan Rzayev, Elmar Xəlilov, Rəşad Məmmədov, Elman Səftərov, Zaur İsgəndərov və digər tələbə-idmançılarımız öz uğurlu çıxışları ilə çempionat və yarışlarda müstəqil Azərbaycanımızın bayrağını dəfələrlə ucaltmışlar.