Bakı Biznes Universitetinin müəllimləri beynəlxalq akademik forumda iştirak edib, tələbələr üçün maarifləndirici tədbir keçirilib

27–28 oktyabr 2026-cı il tarixlərində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu”nun sessiyalarında Bakı Biznes Universitetinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Akademik forum çərçivəsində keçirilən sessiyalarda dinlərarası dialoqun təşviqi, mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi, müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi, eləcə də bu istiqamətdə akademik əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olub.

27 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təşkil olunan sessiyada Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının müdiri Məhsəti Cəfərova, “Dillər” kafedrasının müdiri Sevil Qurbanova, dosent Sevinc Zeynalova, müəllimlər Sənubər Osmanova, Səbuhi Məmmədli, Aytən Mövsümova və Gülşən Musayeva iştirak ediblər.

28 oktyabr 2026-cı il tarixində ADA Universitetinin Məclis zalında keçirilən növbəti sessiyada universiteti “Humanitar elmlər” kafedrasının müdiri Məhsəti Cəfərova, “Dillər” kafedrasının müdiri Sevil Qurbanova, müəllimlər Aysel Mustafazadə, Rəxşəndə Seyidova və Səadət Fərhadova təmsil ediblər.

29 oktyabr 2026-cı il tarixində isə Bakı Biznes Universitetinin akt zalında tələbələr üçün dinlərarası dialoq və mədəniyyətlərarası anlaşma mövzusunda ayrıca maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin müxtəlif dinlərə və mədəniyyətlərə hörmət, tolerantlıq, qarşılıqlı anlaşma və birgəyaşayış dəyərləri barədə məlumatlılığını artırmaq olub.

Bakı Biznes Universitetinin müəllimlərinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan beynəlxalq akademik tədbirlərdə iştirakı, eləcə də universitetdə tələbələr üçün keçirilən maarifləndirici görüş mədəniyyətlərarası dialoqun təşviqinə, tolerantlıq dəyərlərinin gücləndirilməsinə və akademik əməkdaşlığın inkişafına verilən önəmi əks etdirir.