Tələbə Gənclər Təşkilatı

Universitet Tələbə Gənclər Təşkilatı 1999-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilata universitetin tələbəsi Ülvi Xudiyev rəhbərlik edir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
-
tələbələr arasında maarifləndirmə işinin aparılması;
-
tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
-
tələbələrin hüquqlarının təmin edilməsi;
-
tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
-
tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
-
tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
-
tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
-
tələbələrin problemlərin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması.

ÜLVİ QADİR OĞLU XUDİYEV
TGT-in sədri


