Bakı Biznes Universiteti tələbələrin professional və şəxsi inkişafı üçün Karyera və Hazırlıq Mərkəzinin əsasını qoymuşdur. Karyera Mərkəzinin əsas məqsədi tələbələri professional həyata hazırlamaq, gələcək karyeralarında onlara lazım ola biləcək lazımi təlimlərlə, xüsusi kurslarla, yay və qış məktəbləri ilə, təcrübə proqramları və məzun yarmarkası ilə təmin edərək onlara daha asan iş tapmağa kömək etməkdir. Biz həmçinin mütəmadi olaraq məzunlarımızla da görüşlər keçirir, onların karyerasındakı inkişafı izləyir və fərdi istək üzərinə konsultasiyalar keçiririk. Karyera və Hazırlıq mərkəzi tədris ili boyunca aşağıdakı fəaliyyət sahələri üzrə tələbələrə xidmət göstərir.
A. Təlimlər
- Professional CV və motivasiya məktubunun hazırlanması qaydaları;
- İş yerlərinə müraciətin edilməsi ve müsahibələrindən keçmək üçün bacarıqların artırılması;
- Professional karyera inkişafının düzgün planlaşdırılması;
- İş yerlərində danışıqların aparılması, güzəştlərin əldə edilməsi və inamın yaradılması, intervüdən uğurlu keçməyin yolları;
- Zamanın idarə olunması təlimi;
- Maliyyənin effektiv idarə olunması təlimi;
- Layihələrin idarə olunması təlimi;
- Kritik düşüncənin inkişafı;
- Liderlərin bacarıqlarının artırılması;
- Uğurlu karyera naminə şəxsi və peşə bacarıqlarının düzgün metodlarla ardıcıl təbliğ edilməsi;
- E-maillərin yazılması, telefon danışıqlarının aparılması və məlumatların analizi.
B. Xaricdə təhsil
- Xaricdə təhsil imkanları barədə mütəmadi məlumatlandırma;
- Təqaüd proqramlarını araşdırmaq və müraciət etməkdə tələbələrə dəstəyin göstərilməsi;
- Mütəmadi olaraq xaricdə keçirilən qısa müddətli yay və qış məktəblərini, təlim proqramlarını və kursları araşdırmaq və tələbələrə elan etmək;
- Qəbul prosesində dəstək göstərmək.
C. Yay təcrübəsi
- Müxtəlif şirkətlərlə danışıqlar apararaq tələbələrin yay təcrübə proqramlarında iştirakını təmin etmək.
D. Aylıq Seminarlar
- Mütəmadi olaraq elm, dövlət və iş dünyasında uğur qazanmış şəxslərin tələbələrlə səmimi görüşlərinin təşkil olunması; (tələbələr həmin şəxsin həyat və iş təcrübəsini öyrənir, müasir iş dünyasının tələblərindən xəbərdar olur və müsbət mənada özlərinə nümunə götürürlər).
E. Təcrübə gəzintiləri
- Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintilərinin və ekskursiyaların təşkil edilməsi.
F. İllik əmək yarmarkalarının təşkil olunması