Bakı Biznes Universitetində fəaliyyət göstərən ictimai qurumlardan biri Həmkarlar təşkilatıdır. Bu təşkilat universitetin ayrılmaz tərkib hissəsi olub, onun gündəlik həyatında fəal iştirak edir.
Hazırda universitetin Həmkarlar təşkilatı öz sıralarında 200 nəfərə qədər əməkdaşı birləşdirir.
Universitetin Həmkarlar təşkilatı öz fəaliyyətini «Azərbaycan Respublikasının Konstitusiyası», «İnsan Hüquqlarının ümumi bəyannaməsi», «Beynəlxalq Əmək Təşkilatı Komissiyaları», Respublikamızın müvafiq qanunları, «Həmkarlar İttifaqı haqqında» Azərbaycan Respublikasının Qanunu və «Azərbaycan Respublikasının Əmək Məcəlləsi» əsasında qurur.
Təşkilat Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsinin rəhbərliyi altında işləyir.
Universitetin həmkarlar təşkilatının vəzifələri:
Göstərilən istiqamətlərdə, həmçinin əməkdaşların əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə əlaqədar görüləcək işlər universitetin rəhbərliyi ilə Həmkarlar təşkilatı arasında bağlanmış kollektiv müqavilələr əsasında aparılır.
ŞAHİN TOFİQ OĞLU MUSAYEV
iqtisad üzrə fəlsəfə doktoru,
«Biznes və menecment» fakültəsinin dekanı,
Həmkarlar təşkilatının sədri