Universitetin yarandığı ilk günlərdən tələbələrin elmi yaradıcılıq istiqamətinə cəlb olunmasında TEC-in rolu əhəmiyyətli dərəcədə böyükdür. TEC-in sıralarında 500 nəfərdən artıq üzv birləşmişdir.
Ölkəmiz bazar iqtisadiyyatı münasibətlərinə keçdiyi dövrdən Universitetdə tələbələrin elmi-tədqiqat işlərinə maraqları dinamik olaraq artmaqdadır.
Onlar BBU-da respublika miqyaslı tələbə elmi cəmiyyətinin təşkil etdikləri 19 elmi forumda rus, Azərbaycan, TEC-in bəzi üzvləri isə ingilis dilində məruzə və çıxışlarla aktiv iştirak etmişlər. Qaliblər diplomlara layiq görülmüşlər.
Konfranslarda dinlənilən və müzakirə edilən problemlər Respublikanın sosial-iqtisadi inkişafına, dövlət quruculuğu işlərinə və digər vacib tədbirlərin həllinə həsr edilmişdir:
Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfranslarda ölkənin ali məktəblərinin tələbələri və onların elmi rəhbərləri iştirak etmişlər. Belə konfranslarda tələbələr tərəfindən edilmiş ən yaxşı məruzələr seçilərək I, II və III dərəcəli diplomlarla mükafatlandırılmışlar.
Bakı Biznes Universitetinin tələbələri respublika ali məktəblərinin tələbələri ilə elmi əməkdaşlıq edirlər. TEC-in elmi forumlarında ən yaxşı məruzə və çıxışları jurnal səhifələrində nəşr edilir. Bu isə elmi-tədqiqat nəticəsi kimi qiymətləndirilir.
NİGAR RƏŞİD QIZI AXUNDOVA
tarix üzrə fəlsəfə doktoru, dosent
TEC-in sədri