Kafedraya iqtisad elmləri namizədi, Aqil Abid oğlu Qurbanov rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti 17 nəfərdən ibarətdir. Kafedrada 1 nəfər professor, 3 nəfər dosent, 5 nəfər fəlsəfə doktoru, 7 nəfər doktorant və 1 nəfər müəllim fəaliyyət göstərir.
Kafedrada “Dövlət və bələdiyyə idarəetməsi” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə mütəxəssis hazırlanır. Bu ixtisasları formalaşdıran və onların modelini təşkil edən fənlərə “Dövlət idarəetmə nəzəriyyəsi”, “Bələdiyyə idarəçiliyi”, “Bələdiyyə idarəetməsinin xarici təcrübəsi”, “Müəssisənin (firmanın) iqtisadiyyatı”, “Ətraf mühitin iqtisadiyyatı”, “İnsan resurslarının idarə edilməsi”, “Sənayenin təşkili və idarə edilməsi”, “İstehsalın təşkili”, “Qeyri-neft sənayesinin iqtisadiyyatı”, “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması”, “Neft-qaz sənayesinin iqtisadiyyatı və idarə edilməsi”, “Biznesin əsasları”, “Biznes strategiyası”, Beynəlxalq biznes” “Biznes etikası və sosial məsuliyyət”, “Biznesin idarə edilməsi”, “Biznes fəaliyyətinin təhlili” və s. daxildir.
İxtisas fənləri ilə yanaşı digər müvafiq predmetlər də tədris edilir. Kafedranın professor-müəllim heyəti üzvləri tədrislə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Onlar mütəmadi olaraq monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələrin çapı ilə yanaşı, tədrislə əlaqədar olaraq zəruri proqramları və digər tədris-metodik vəsaitləri hazırlayıb nəşr etdirir, mühazirə materiallarını çap etdirib, istifadə olunmaq üçün universitetin kitabxanasına təhvil verirlər.
AQIL ABID OĞLU QURBANOV
iqtisad elmləri namizədi,
«Biznesin təşkili və bələdiyyə idarəetməsi»
kafedrasının müdiri