Ana səhifə > Universitet > Kafedralar > «Dillər»

«Dillər»

  

Kafedrada 30 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 2 dosent, 2 müəllim  fəlsəfə doktoru, 1 dissertant, 4 baş müəllim və 21 nəfər müəllim kimi fəaliyyət göstərir. Professor-müəllim heyətindən doktorantura və dissertantura pilləsində elmi fəaliyyətini davam etdirən 2 müəllim var.

"Dillər" kafedrası həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tədrisi həyata keçirir. Kafedra üzrə iki xarici dil – ingilis və alman dilləri tədris olunur. İngilis dili universitet üzrə bütün ixtisaslarda tədris olunur. Eyni zamanda kafedra üzrə “Tərcümə” ixtisasında bütün fənlər ingilis dilində və II xarici dil olaraq alman dili tədris olunur.

Kafedranın müəllimləri tərəfindən «İqtisadi mətnlərin tərcüməsi», «Yazılı tərcümə», «Siyasi mətnlərin tərcüməsi», «Peşəkar tərcümənin əsasları», «Tərcümə və müqayisəli üslubiyyat», «Tərcümə və mədəniyyətlərarası ünsiyyət», «Sənədləşmə və terminalogiya», «Yazılı mətnin şifahi tərcüməsi», «İşgüzar ingilis dili» və sair fənlər tədris olunur. Qeyd etmək lazımdır ki, fənlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qrif verilmiş proqramlar əsasında tədris olunur.

Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani və müasir texniki vasitələrlə təchiz edilmiş linqafon otaqlarında və xüsusi laboratoriyalarda keçirilir.