Kafedraya iqtisad elmləri namizədi, dosent İsmayıl Cəfər oğlu Həsənov rəhbərlik edir. Kafedrada 11 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Bunlardan 1 nəfəri iqtisad elmləri doktoru, professor, 3 nəfəri iqtisad elmləri namizədi, dosent, 1 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 4 nəfəri doktorant, 2 nəfəri isə müəllimdir.
Kafedrada ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə müvafiq fənlər tədris edilir. Bunlar «Maliyyə», «Vergitutma», «Pul və banklar», «Büdcə sistemi», «Sığorta işi», «İnvestisiyaların idarə edilməsi», «Maliyyə investisiyaları», «Maliyyə bazarları», «Maliyyə risklərinin idarə edilməsi», «Maliyyə menecmenti», «Korporativ maliyyə», «Dövlət maliyyəsi», «Beynəlxalq maliyyə», «Maliyyənin müasir problemləri», «Vergi menecmenti», «Vergi siyasətinin konseptual əsasları və nəzəri aspektləri» fənləridir.
Kafedra tərəfindən çap olunmuş dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramları, monoqrafiyalar, elmi məqalələr və konfrans materiallarında maliyyə, büdcə sistemi, bank işi, sığorta işi, vergi və vergitutma, investisiyaların idarə edilməsi ilə bağlı maraqlı araşdırma materialları əks olunmuşdur.
Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi laboratoriyasında keçirilir.
İSMAYIL CƏFƏR OĞLU HƏSƏNOV
iqtisad elmləri namizədi, dosent,
“Maliyyə” kafedrasının müdiri