Bakı Biznes Universiteti 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2022-ci il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir:

 

 

 

 

 

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktorluğu proqramı üzrə

Doktoranturaya qəbul planı

 

Cəmi

O cümlədən:

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

 5303.01

 Mühasibat uçotu

 4

 

 

 3

 1

 5308.01

 Ümumi iqtisadiyyat

 2

 

 

 1

 1

 5312.01

 Sahə iqtisadiyyatı

 2

 

 

 1

 1

 

 Cəmi:

 8

 

 

 5

 3

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu 5 may 2022-ci il tarixə qədər davam edəcəkdir.

Xarici dil imtahanını (iyun 2022-ci il) müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanda iştirakı 1,2,5 sentyabr 2022-ci il, ixtisas imtahanının keçirilməsi 12-13 sentyabr 2022-ci il tarixlərində nəzərdə tutulmuşdur.

Əlavə suallar üçün Bakı Biznes Universitetinə müraciət edə bilərsiniz.

Əlaqə tel.: (+99412) 431 91 18 (dax. 112/123)

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a

R E K T O R L U Q