Bakı Biznes Universitetində Təhsil Tələbə Krediti Fondu ilə tələbələrin geniş tərkibdə görüşü keçirilib

Bakı Biznes Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov Təhsil Tələbə Krediti Fondu ilə  Bakı Biznes Universitetinin yaxından əməkdaşlıq etdiyini qeyd edərək, tələbələrin təhsilə əlçatanlığının təmin edilməsində Fondun fəaliyyətinin əhəmiyyətini vurğulayıb. C.R.Heydarov tələbələrin mütəmadi olaraq Universitet rəhbərliyi və fakültə əməkdaşları tərəfindən Təhsil Tələbə Kreditinin yaratdığı imkanlar barədə məlumatlandırıldığını da qeyd edib.

Daha sonra təqdimatla çıxış edən TTKF-in əməkdaşı Aynur Bağırova qurumun yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, eləcə də tələbə kreditinə müraciət qaydaları, kreditdən istifadə hüquqları, təhsil tələbə kreditinin növləri, qeydiyyat prosesi və digər məsələlər barədə  tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və təkliflər dinlənilib.