“03 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş tədbir

Dekabrın 01-də Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrası tərəfindən “03 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş tədbir keçirilib. Akademik heyət və tələbələrin iştirak etdiyi tədbirdə müxtəlif qurumlardan nümayəndələr iştirak edib. Tədbiri açıq elan edən Bakı Biznes Universiteti “Humanitar elmlər” kafedrasının müdiri i.ü.f.d Aysel Qasımova iştirakçıları salamlayaraq əlilliyi olan şəxslərlə sosial iş sahəsində təcrübəsini bölüşmüş və bu fəaliyyətin onun həyatına təsiri haqqında fikirlərini bildirmişdi. Daha sonra tədbirin qonaqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səyyar Sosial və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin baş mütəxəssisi Nicat Abbasbəyli, Azərbaycan Respublikası Təhsil İnstitutunun “Layihələrin idarə olunmas” şöbəsinin müdiri səlahiyyətlərini icra edən, baş mütəxəssis Həbibə Nəzirova, Kompüter proqramlaşdırma üzrə təlimçi Natiq Şıxəliyev və İctimai TV-in əməkdaşı, jurnalist Orxan Əliyev əlilliyi olan şəxslərlə görülən işlər haqqında məlumat vermişlər. Sonda tədbir iştirakçılarılarının sualları qonaqlar tərəfindən cavablandırıldı.