BAKI BİZNES UNİVERSİTETİ – ZAMANIN TƏLƏBİDİR
Öz dövlət müstəqilliyini bərpa etmiş Respublikamız yeni iqtisadi sistemin – bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması üçün digər sahələrlə yanaşı təhsildə də köklü islahatların aparılmasını zəruriləşdirmişdir. Bu isə öz növbəsində kadr hazırlığının tələb və təklif əsasında qurulmasını və xüsusilə də yeni iqtisadi münasibətlərin tələblərinə cavab verən biznes və menecment sahəsində idarəçilik bacarığını özündə təcəssüm etdirən müasir təfəkkürlü iqtisadçı mütəxəssis-kadrların hazırlanmasını ön plana çəkmişdir. Belə şəraitdə sırf iqtisad yönümlü yeni tipli ali məktəbin – Bakı Biznes Universitetinin təşəkkül tapmasına böyük ehtiyac yaranmışdır. Daha dəqiq desək, Bakı Biznes Universitetinin yaranmasını zaman özü diktə etmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı və onun özəl təhsilə olan birmənalı müsbət münasibəti, yəni «Dövlət təhsil sistemi ilə yanaşı, Azərbaycanda özəl təhsil sistemi də yaranır. Bu, müasir dövrün tələbidir» fikri bu prosesin inkişafına inamlı təkan vermişdir.
Rektor
i.e.d., prof. İbad ABBASOV