Bakı Biznes Universitetində ənənəvi olaraq tələbələr tərəfindən iqtisadiyyatla bağlı elmi təqdimatlar keçirilir. Bütün kurs və qruplarda təşkil olunan belə təqdimatlarda tələbələr tədris prosesində əldə etdikləri bilik, bacarıq və vərdişlərini nümayiş etdirməklə, müvafiq təcrübələr əldə edirlər.
Universitetin IV kurs tələbəsi Cavidan Heydarovun “Azərbaycan Respublikasında vergi inzibatçılığı və onun təkmilləşdirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda təqdimatı ilə tanış ola bilərsiniz.