18.03.2025-ci il tarixində Bakı Biznes Universitetinin "Sosial iş" ixtisası üzrə IV kurs tələbələrinin 90 saatlıq "Yumşaq bacarıqlar" fənni üzrə sertifikatlaşdırılması həyata keçirilmişdir. Sertifikatlar Universitetin nəzdində fəaliyyət göstərən SİM (Sosial inkişaf Mərkəzi) direktoru, eyni zamanda "Humanitar elmlər" kafedrasının müdir müavini f.ü.f.d Məhsəti Cəfərova və "Yumşaq bacarıqlar" fənnini tədris edən s.ü.f.d Tutu Eyvazova tərəfindən tələbələrə təqdim edilmişdir. Tələbələrə əmək bazarında uğurlar arzulanmış, sertifikatın dəyəri haqqında məlumat verilmişdir.