“Ümumdünya Autizm Fərqindəlik Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildi

02 aprel 2025-ci il tarixində Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının nəzdində fəaliyyət göstərən “Sosial Harmoniya” tələbə klubu tərəfindən “Ümumdünya Autizm Fərqindəlik Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Akademik heyət və tələbələrin iştirak etdiyi tədbirdə “Serotonin” Neyro Psixoloji Mərkəzinin nümayəndələri iştirak etmişdir. Tədbiri açıq elan edən Bakı Biznes Universiteti “Humanitar elmlər” kafedrasının müdiri prof. Sabir Əmirxanov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyəti barədə fikirlərini bildirmiş və sosial işçilərin əlilliyi olan şəxslərlə işdə vacibliyini vurğuladı. Daha sonra tədbirin qonaqları “Serotonin” Neyro Psixoloji Mərkəzinin direktoru Vüsalə Rzayeva, əməkdaşlardan Duyu bütünləmə üzrə mütəxəssis Nicad İsmayılov, psixoloq Asiman Məmmədli, fizioterapevt Muhammed Ali Bəyaz, duyu bütünləmə üzrə mütəxəssis Rəksanə Hüseynova, defektoloq loqoped Türkan Sadıqova əlilliyi olan şəxslərlə görülən işlər haqqında məlumat vermişlər. Onlar mərkəzin fəaliyyəti, əlilliyi olan şəxslərin reabilitasiyası barədə tələbələri məlumatlandırmışlar. Sonra tədbir iştirakçılarının sualları qonaqlar tərəfindən cavablandırıldı. Tədbirin sonunda “Humanitar elmlər” kafedrasının müdir müavini f.ü.f.d. Məhsəti Cəfərova yekun fikrini bildirərək digər iştirakçılara öz təşəkkürünü etdi.