27 fevral 2015-ci il tarixində Bakı Biznes Universitetində “Ali məktəblərdə elektron kitabxanaların təşkili və onlardan istifadə olunması istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, konfransın məqsəd və mahiyyətindən bəhs etmişdir. Konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, AMEA İqtisadiyyat İnstitutu Kitabxanası, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xəzər Universiteti, Avrasiya Universiteti və digər ali təhsil müəssisələrindən nümayəndələr iştirak etmişdir. Konfransda 11 məruzə dinlənilmiş və çıxışlar edilmişdir.