11 aprel 2019-cu il tarixində Bakı Biznes Universitetində “İnsan kapitalının formalaşması və təhsilin keyfiyyətinə təminat” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi. Elmi konfransın əsas məqsədi Azərbaycan Respublikasında “İnsan kapitalının formalaşmsı və təhsilin keyfiyyətinə təminat” istiqamətlərini müəyyənləşdirmək, Azərbaycanda Milli İqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun iqtisadiyyatın müxtəlif sahələrində insan kapitalının və təhsilin keyfiyyətinin mövcud durumu, formalaşması və inkişafını araşdırmaq, ölkənin aparıcı alimləri, mütəxəssisləri və digər maraqlı tərəflərini bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil etmək, mütərəqqi fikirlərlə paylaşmaq və ölkədə bu sahədə müsbət nəticələri və perspektivləri müəyyənləşdirməkdən ibarətdir.
Konfransı Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və konfransın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs etdi. Sonra o, konfransın gedişatına uğurlar arzuladı.
Konfransada bazar münasibətləri şəraitində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, insan potesialının inkişafı, milli iqtisadiyyat sahələrində insan kapitalının mövcud vəziyyəti və inkişaf istiqamətləri, təhsilin keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə edildi.
Tədbirdə 10 ali təhsil müəsisəsindən 22 nəfər alim-tədqiqatçı iştirak etdi. Konfransda AMEA-nın müxbir üzvü, i.e.d., prof., Əməkdar Elm Xadimi Əli Nuriyev, AMEA İqtisadiyyat İnstitutundan i.e.d., prof. Tərbiz Əliyev və i.e.d., prof. Gülşən Yüzbaşıyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetindən t.e.d., i.e.d., nəqliyyat doktoru, prof. Ədalət Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından i.e.d., prof. Xatirə Hüseynova, Bakı Dövlət Universitetindən i.e.d., prof. Vahid Abbasov, Azərbaycan Universitetindən i.e.n., dos. Böyükkişi Nəriman mövzu ətrafında maraqlı məruzələr etdilər. Konfrans alim-tədqiqatçıların çıxışları ilə öz işini davam etdirdi.