Xüsusi karantin rejimi dövründə Bakı Biznes Universitetində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar

Xüsusi karantin rejimi dövründə Bakı Biznes Universitetində  tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar

 

(Elmi Şuranın 2020-ci il 14 sentyabr tarixli 1№-li protokolu ilə təsdiq edilmişdir).

                                                  

1.  Ümumi müddəalar

Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli (bundan sonra 312 nömrəli Qərar), “Xüsusi karantin rejimi dıvründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabihetinin 2020–ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarlarına (bundan sonra 332 nömrəli Qərar) və Azərbaycan Respublikasi Təhsil Nazirliyinin 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli Əmri ilə təsdiq  edilmiş “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a uyğun olaraq hazırlanmışdır.

2.   Tədris prosesinin təşkili

2.1 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 312 nömrəli Qərarın 1.4 “Ali və orta ixtisas təhsili müəssisələrində” bəndinə əsasən əyani formada təhsil alan tələbələr üçün tədrisi I kurs tələbələri üçün 01 oktyabr 2020-ci il tarixdən, II və yuxarı kurs tələbələri üçün 15 oktyabr 2020-ci il tarixdən təşkil etmək.

2.2. II, III, IV kurs tələbələri üçün tədrisi distant (məsafədən) formada təşkil etmək.

2.3.Tədris prosesini üç növbədə təşkil etmək (bakalavr səyiyyəsində təhsil alan I, III kurs tələbələri üçün I növbə, II, IV kurs tələbələri üçün II növbə, magistratura səviyyəsində təhsil alanlar üçün III növbə olmaqla)

2.4. Əyani və qiyabi formada təhsil alanlar üçün tədris distant (məsafədən) formada təşkil olunan zaman akademik saatın müddəti 30 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir.

2.5 Tədrisi təsdiq edilmiş dərs cədvəlinə uyğun aparmaq.

2.6. 2020/2021-ci tədris ilinin başlanmasına qədərki müddət ərzində 312 və 332 nömrəli Qərarların müddəaları nəzərə alınmaqla I kursa qəbul olunan tələbələrinin universitetlə tanışlığını təşkil etmək.

2.7. Əyani tədrisi nəzərdə tutulmuş ixtisaslar üzrə nəzəri fənləri müyyənləşdirmək və tədrisi distant formada təşkil etmək.

2.8. Carı ildə qəbul olunan   tələbələrə  2020/2021-ci tədris ilinin payiz semestrində tədrisin distant (məsafədən) təşkili zamanı əsasən nəzəri fənlərin təşkilinə üstünlük vermək.

2.9. 2020/2021-ci tədris ilinin payız semestrində I kursda tədris olunacaq  fənlərə ayrılmış saatın miqdarını dəyişmədən onların tədrisinə ayrılan həftələrin sayını minimum 7 həftəyədək azaldaraq modul tipli dərslər təşkil etmək.

2.10. Tələbələrin biliyinin 100 ballıq qiymətləndirmə sisteminin tələblərinə əsasən cari qiymətləndirmənin müvafiq qaydalara uyğun, aralıq qiymətləndirmənin isə imtahanların keçirilməsi formasından asılı olmayaraq Universitetin Elmi Şurasının qərarına əsasən  daxili qaydalara müvafiq dəyişiklik edilərək (imtahan biletindəki sualların sayını 5-dən 3-ə endirməklə, nəzəri sualların hər birinin 10 bal, təcrübi və tətbiqi xarakterli sualların hər birinin isə 20 balla qiymətləndirilməsi) aparılması. Fənnin xüsusiyyətindən asılı olaraq balların nisbəti dəyişdirilə bilər.

2.11. Əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan professor-müəllim heyətini cəlb etmək

2.12. Fənn üzrə ayrılmış saatların 30%-dən çoxunda iştirak etməyən tələbənin həmin fəndən imtahana buraxılmaması  barədə məlumatlandirmaq.

3.Tədris distant (məsafədən) formada təşkil edilərkən istifadə olunan proqram təminatı

3.1 Tədrisi mərkəzləşdirilmiş şəkildə “Zoom Cloud Meetings” onlayn platforması vasitəsilə təşkil etmək.

3.2. Proqramın professor-müəllim heyətinin kompüterlərinə yüklənməsi və proqramdan istifadə qaydaları haqqında müəllimlərə online təlimat keçmək.

3.3. Kompüter təminatı olmayan professor-müəllim heyətini müəyyənləşdirmək ,onları kompüterlə təmin etmək və sanitar epidemioloji tələblər nəzərə alınmaqla universitetdə tədris üçün şəraitin yaradılması.

3.4. Bu Qaydaların 2.6. bəndində göstərilən müddətdə I kursa qəbul olmuş tələbələri “Zoom Cloud Meetings” proqramından istifadə qaydaları ilə təlimatlandırmaq. Zoom Cloud Meetings proqramının yüklənməsi, hesabın açılması, istifadə qaydalarına dair yazılı və video formatda məlumatların verilməsi)

3.5. Professor-müəllim heyəti tərəfindən tələbələrin dərsə davamiyyəti barədə məlumatlar gündəlik hər dərsin sonu fənn müəllimi tərəfindən dekanlığa təqdim edilməli.

3.6. Fənn müəllimləri tələbələri elektron dərs materialları ilə təmin etməli:

  • hər fənn üzrə müəllim tərəfindən e-mail ünvanı yaradılmalı,
  • bütün tədris materialları və tapşırıqlar həmin e-mail ünvanında yerləşdirilməli,
  • referat tapşırıqların mütəmadi olaraq verilməsi və onların yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi,
  • imtahan sualları həmin e-mail ünvanında yerləşdirilməli.

3.7. Dərs jurnallarında keçirilən mövzuya dair mütəmadi qeydlər aparmaq, dərslərin video - qeydiyyatı hər həftənin sonu kafedraya təhvil verilməli və kompüter mərkəzində arxivləşdirilməlidir.

3.8. Tədris prosesinə mütəmadi olaraq nəzarət Prorektorlar, Tədris şöbəsi, Keyfiyyət Təminatı Mərkəzi tərəfindən həyata keçirilməlidir.

4. Universitetdə iş fəaliyyətinin sanitar epidemioloji tələblər nəzərə alınmaqla təşkili təmin etmək

Universitetdə sanitariya normalarına və qaydalarına, gigiyena normativ­lərinə, habelə 332 nömrəli Qərarın tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planının icrasına operativ nəzarət üzrə təyin edilmiş məsul şəxslər aşağıdakı tədbirlər planının icrasını təmin etsin:

  • COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin etmək;
  • təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət etmək;
  • Tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair 332 nömrəli Qərarın xüsusi tələblərindən irəli gələn digər tədbirlərin icrasını təmin etmək.