“Hikmətli sözlər və mənəvi aləmimiz” mövzusunda tədbir keçirildi

Bakı Biznes Universitetində 10 mart 2016-cı il tarixində “Hikmətli sözlər və mənəvi aləmimiz” mövzusunda mənəvi-psixoloji, tərbiyəvi əhəmiyyətə malik tədbir keçirildi. Universitet tələbələri qarşısında mövzu ilə bağlı geniş təqdimatla çıxış edən təlim-tərbiyə işləri üzrə prorektor, dos. Sabir Əmirxanov xalqımızın qədim tarixi mədəniyyətə, zəngin mənəvi-əxlaqi dəyərləri özündə əks etdirən adət-ənənələrə malik olmasından da çox maraqlı nümunələr gətirdi. O, bildirdi ki, bu səpgili tədbirlər aktualdır və gənclərin mənəvi-psixoloji zənginliyinin daha da dərin tərbiyəvi təsirini artırır. Müəllimlər və tələbələr tədbirin sonunda öz dərin minnətdarlıqlarını S.Əmirxanova bildirdilər.