Oktyabrın 18-də Bakı Biznes Universitetində Azərbaycanın sığorta-pensiya sisteminin son 20 ildəki inkişaf tarixinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafının əsas istiqamətlərindən qeyd etmişdir.
Müəllim və tələbələrin suallarını cavablandıran S. Müslümov perspektivdə sığorta-pensiya sistemində gözlənilən yeniliklərdən bəhs etmişdir.